Trabzon Beynəlxalq Hava Limanının yük dövriyyəsi 60 faizdən çox artıb

0 7

Bakı. Trend:

2022-ci ilin may ayında Türkiyənin Trabzon Beynəlxalq Hava
Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 68
faiz artaraq 8 min 690 ton təşkil edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının
daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə
müqayisədə 50 faiz artaraq, 7 min 537 ton, beynəlxalq reyslər üzrə
dövriyyəsi isə eyni dövrlə müqayisədə 7,6 dəfə artaraq, 1153 təşkil
edib.

Bu ilin may ayında hava limanına gələn sərnişinlərin sayı
2021-ci ilin eyni dövrünə nəzərən 59 faiz artaraq, 977 min 300
nəfər olub. Bununla yanaşı, 2022-ci ilin may ayında daxili reyslər
üzrə sərnişin dövriyyəsi 50 faiz artaraq 918 min 930 nəfər,
beynəlxalq reyslər üzrə isə 1 dəfə artaraq 58 min 362 nəfər təşkil
edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin may ayında həyata
keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 38
faiz artaraq, 7 min 548 olub. Bununla yanaşı, daxili reyslər üzrə
yerinə yetirilən uçuşların sayı 33 faiz artaraq 6 min 605,
beynəlxalq reyslər üzrə isə 82 faiz artaraq 943 olub.

2022-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında
sərnişin daşınması 56 milyon 987 min 895 nəfər, yük dövriyyəsi isə
1 milyon 388 min 522 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında
sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə
3 milyon 358 min 769 ton təşkil edib.

Leave A Reply

Your email address will not be published.