Bakı. Trend:
Parisin “Stade de Frans” stadionunda Fransa millisinin Xorvatiya
yığmasını qəbul etdiyi Millətlər Liqasının IV turunun görüşü başa
çatıb.
Trend-in
məlumatına görə, Xorvatiyalı futbolçular 1:0 hesabı ilə qalib
gəliblər.
Hesab matçın lap əvvəlində açılıb. Xorvatiyalı yarımmüdafiəçi
Luka Modriç 11 metrlik penaltı zərbəsi ilə fərqlənib.
Beləliklə, Xorvatiya millisi dörd oyundan yeddi xal toplayaraq A
Liqasının 1-ci qrupunda ikinci pillədə qərarlaşıb. Fransa cəmi iki
xalla turnir cədvəlində axrıncıdır. Turnir cədvəlinə Danimarka
komandası başçılıq edir.