UEFA yeni turnir təşkil etməyi planlaşdırır

0 3

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024/25
mövsümündən Çempionlar Liqası başlamazdan əvvəl turnir keçirməyi
planlaşdırır.

Trend xəbər
verir ki, bu barədə “L’ quipe” nəşri yazır.

Bildirilir ki, turnirdə 4 komanda iştirak edəcək, lakin onların
hansı prinsiplə seçiləcəyi barədə məlumat verilmir. Müsabiqə iki
yarımfinal, üçüncü yer uğrunda görüş və finaldan ibarət olacaq.
Turnir ABŞ-da keçiriləcək.

Mayın 10-da UEFA 2024/25 mövsümündən Çempionlar Liqasının
formatını 36 klubun iştirakı ilə təsdiqləyib. Qrup mərhələsinin
əvəzinə komandalar “İsveçrə sistemi” deyilən sistem üzrə oynayacaq,
36 komandanın hamısı vahid cədvəldə yerləşəcək, rəqiblər
mövsümöncəsi sıralama mövqelərinə əsasən müəyyənləşəcək.

İlk səkkizlik avtomatik olaraq 1/8 finala vəsiqəni təmin edəcək,
növbəti 16 komanda bu mərhələyə düşmək üçün mübarizə aparacaq.
Oxşar format dəyişiklikləri Avropa Liqası və Konfrans Liqasına da
şamil olunacaq.

Leave A Reply

Your email address will not be published.