Uzun illər dünya ictimaiyyəti Azərbaycanla bağlı beynəlxalq hüququn prinsiplərini inkar edirdi – Hikmət Hacıyev

0 5

Bakı. Trend:

Uzun illər dünya ictimaiyyəti Azərbaycanla bağlı beynəlxalq
hüququn prinsiplərini inkar edirdi.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin
köməkçisi – Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin
müdiri Hikmət Hacıyev “Qlobal dünya nizamına təhdidlər” mövzusuna
həsr olunan IX Qlobal Bakı Forumunda deyib.

“Təəssüf ki, dünya ictimaiyyəti uzun illər Qarabağ münaqişəsi
ilə bağlı susurdu. İkili standartlar ortaya çıxırdı. Nəhayət, bu
gün Avropa və dünya ictimaiyyəti ərazi bütövlüyünün qorunmasının
vacibliyini başa düşməyə başlayıb”, – deyə bildirib.

Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrə qlobal arenada
fikrini bildirmək üçün platforma təmin edən çoxtərəfli münasibətlər
prinsipinə tərəfdar olmaq lazımdır.

H.Hacıyev Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində
rolunu və ölkənin irəli sürdüyü uğurlu təşəbbüsləri qeyd edib.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.