Xarici ekspertlər və jurnalistlər Ağdama səfər ediblər (FOTO)

0 6

Bakı. Trend:

Bakıda keçiriləcək “Cənubi Qafqazda post-münaqişə dövründə
inkişaf” mövzusunda dəyirmi masa-dinləmələrinin iştirakçıları olan
xarici ekspertlər və jurnalistlər Ağdama səfər ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, səfər
çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” kompleksi, Şəhidlər
xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahbulaq qalası
və Ağdamkəndə baxış keçirən qonaqlar ermənilərin 30 ilə yaxın işğal
dönəmində törətdikləri dağıntıların və vandalizm aktlarının şahidi
olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş
ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin əməkdaşı Araz İmanov qonadağıntıların miqyası,
Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağ bölgəsində, o
cümlədən Ağdamda kütləvi şəkildə minalar yerləşdirildiyi, rəsmi
İrəvanın mina sahələri ilə bağlı bütün xəritələri təqdim etmədiyi
barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin Ağdamdakı xüsusi
nümayəndəliyində olarkən qonaqlara 27 illik işğaldan azad
edildikdən sonra dağıdılmış Ağdam şəhərinin yenidən qurulması üçün
hazırlanmış Baş plan nümayiş etdirilib, indiyədək görülən
bərpa-quruculuq işlərindən danışılıb.

Qonaqları səfərdə Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşları müşayiət ediblər.

Qeyd edək ki, “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf”
mövzusunda dəyirmi masa-dinləmələr Diasporla İş üzrə Dövlət
Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə 14 iyun
2022-ci il tarixində keçiriləcək.

Leave A Reply

Your email address will not be published.