Xarici səyyahlar Şuşada (FOTO) – Trend.Az

0 6

Şuşa. Trend:

Azərbaycan səfər edən səyyahlar Şuşa şəhərinə gəlib

Trend-in Qarabağ bürosu xəbər verir ki, qonaqlara Şuşa şəhəri və
tarixi barədə ətraflı məlumat verilib.

Bildiriıib ki, işğal zamanı digər ərazilər kimi Şuşa şəhəri də
erməni vandalizminə məruz qalıb, bir çox yaşayış evləri tarixi
mədəni dini abidələr dağıdılıb. Həmçinin Şuşa şəhərinin mərkəzində
Üzeyir, Natəvan və Bülbülün ermənilər tərəfindən güllələnən
heykəlləri barədə danışılıb.

Həmçinin Şuşa şəhərində aparılan tikinti quruculuq işləri ilə də
qonaqlar tanış olub. Daha sonra onlar Şuşa qalasına gəlib. Şuşa
səfərinin son dayanacağı isə Cıdır düzü olub. Qonaqlar burada
açılan əsrarəngiz təbiət mənzərəsini seyr ediblər.

Leave A Reply

Your email address will not be published.