Xarici səyyahların azad olunmuş ərazilərə səfəri başlayıb (FOTO)

0 5

Xocavənd. Trend:

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyahın işğaldan azad
olunmuş Azərbaycan torpaqlarına səfəri başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səfərdə 10 ölkədən –
Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya,
Macarıstan, Hindistan və İsveçdən 24 dünyaca tanınmış səyyah
iştirak edir.

Bu gün Xocavənd rayonunda “Azıx mağarası”na baxdıqdan sonra
nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək. Günün ikinci yarsı isə
ermənilərin xarabalığa çevirdiyi Ağdam şəhərinin qalıqlarına və
Azərbaycan dövlətinin apardığı yenidənqurma işləri ilə tanışlıqla
başa çatacaq.

Ayın 17-də isə Kəlbəcər və Laçın rayonlarına səfər nəzərdə
tutulub.

Leave A Reply

Your email address will not be published.