Yarım milyon manat dələduzluqda ittiham olunan sabiq bələdiyyə sədrinin məhkəməsi başladı

0 4

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda
təqsirləndirilən Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac
Əliyeva və bacısı İlknur Əliyevanın cinayət işi üzrə məhkəmə
prosesi başlayıb.

Trend-in məlumatlna görə, hakim Rasim Sadıxovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları
dəqiqləşdirilib, məhkəmənin baxış iclası iyunun 21-ə təyin
olunub.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac
Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək
məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq,
külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi
başlanılaraq barələrində həbsqətimkan tədbiri seçilib.
İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına
buraxılıb.

Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından
torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və
Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət
Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla
törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma)
maddələri ilə ittiham olunur.

Leave A Reply

Your email address will not be published.