Yunus Oğuzun “Cığır” romanı işıq üzü görüb

0 8

Bakı. Trend:

Yazıçı-publisist Yunus Oğuzun “Cığır” romanı çapdan çıxıb.

Trend xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270
illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş tarixi
romanda 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən
müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa
şəhərinin tarixindən bəhs edilir.

Qeyd edək ki, kitabın ilk səhifələrində Milli Məclisin üzvü,
akademik Nizami Cəfərov, filologiya elmləri üzrə fəlsəfə doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi Elnarə Qaragözova və filologiya üzrə fəlsəfə doktoru,
“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan əsər haqqında öz
fikirlərini bildiriblər.

Leave A Reply

Your email address will not be published.