Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışları davam etdirilir (FOTO/VİDEO)

0 5

Bakı. Trend:

13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində itkin
düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü
Manikanth Kondaveetinin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə
mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə
axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Mülki
müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər
Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri
və yerli əhali tərəfindən həyata keçirilir.

Leave A Reply

Your email address will not be published.