Bakı. Trend:
Bakıda Ziya Bünyadov prospektində avtomobillərin hərəkətində
problem yaranıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən Trend-ə verilən məlumata görə, Atatürk prospekti ilə
kəsişmədə (körpüdə), Koroğlu metrostansiyası istiqamətində
qaldırıcı kran yolun hərəkət hissəsində nasaz vəziyyətdə
dayandığından sıxlıq yaranıb.