Azərbaycan hərbi pilotları və aviasiya vasitələri Türkiyədə beynəlxalq təlimlərə qatılacaq (FOTO)

0 4

Bakı. Trend:

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada
müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan
“Anadolu Qartalı – 2022” beynəlxalq taktiki-uçuş təliminə hazırlıq
məqsədilə brifinq keçirilib.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, əvvəlcə iştirakçılara təlimin
planlaşdırılması və keçiriləcəyi ərazi, ona hazırlıq prosesi,
həmçinin mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə ətraflı
məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava
Qüvvələrinin pilotları və aviasiya vasitələri təmsil edəcək.

Leave A Reply

Your email address will not be published.