Azərbaycan pandemiyanın nəzarətdə saxlanılmasında vacib rol oynadı — BMT Baş Assambleyasının keçmiş prezidenti

0 6

Bakı. Trend:

Azərbaycan COVID-19 dövründə qabaqlayıcı tədbirlər görərək
pandemiyanın nəzarətdə saxlanılmasında vacib rol oynadı.

Bunu Trend-ə özəl açıqlamasında BMT Baş Assambleyasının keçmiş
prezidenti Maria Fernanda Espinosa deyib.

“Azərbaycan bu dövr ərzində digər ölkələrlə həmrəylik
sərgiləyərək nümunə oldu. Bununla yanaşı pandemiyanın nəzarətdə
saxlanılması üçün vaxtında və düzgün qərarlar qəbul etdi. Bu
səbəbdən düşünürəm ki, Azərbaycan bu istiqamətdə çox uğurlu
addımlar atıb”, — deyə M.Espinosa əlavə edib.

Leave A Reply

Your email address will not be published.