Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

0 6

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 17-də
Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani
ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə IX
Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Qətərin tədbirdə
yüksək səviyyədə təmsil olunması təqdir edildi.

Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə
inkişaf etdiyi məmnunluqla vurğulandı. İki ölkə arasında beynəlxalq
təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama
Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd
edildi.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın
məqsədlərinin təşviq olunması, beynəlxalq sülhün, təhlükəsizliyin
və əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər diqqətə
çatdırıldı.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışan Baş
nazir 30 il işğal altında qalan və 44 günlük Vətən müharibəsi
nəticəsində azad olunun əzəli Azərbaycan torpaqlarında hərbi
cinayətlərin, urbisid, kultursid və ekosidin törədildiyini
bildirdi. Vurğulandı ki, həmin ərazilərdə Azərbaycan xalqının
mədəni və dini irsi məhv edilib, dini abidələrimiz, məscidlərimiz
dağıdılıb, yandırılıb və təhqir olunub.

Görüşdə, həmçinin Azərbaycan ilə Qətər arasında elm, təhsil,
mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf
etdirilməsinin vacibliyi qeyd edildi, müxtəlif istiqamətlərdə
əməkdaşlığın perspektivləri müzakirə olundu.

Leave A Reply

Your email address will not be published.