BMT Baş katibinin müavini Azərbaycanın təşəbbüsü ilə Gənclər Şəbəkəsinin təsis olunmasını təqdir edib (FOTO)

0 9

Bakı. Trend:

2022-ci il iyunun 17-də ADA Universitetində BMT-nin Cenevrə
Bölməsinin Baş direktoru, BMT Baş katibinin müavini xanım Tatyana
Valovayanın Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri
və ADA Universitetinin tələbələri ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə bildiriblər ki,
T.Valovaya çıxışında müasir dünyanın qarşılaşdığı çoxsaylı
çağırışlar, o cümlədən iqlim dəyişikliyi, COVID-19 pandemiyası
nəticəsində daha da kəskinləşən sosial və iqtisadi çağırışlar, qida
təhlükəsizliyi, BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrası
istiqamətində səylərin gücləndirilməsinin vacibliyi barədə danışıb.
Qlobal çağırışların öhdəsindən gəlmək üçün qlobal həll yollarının
tələb olunduğunu qeyd edən Baş direktor dövlətlərin, beynəlxalq
təşkilatların, qeyri-hökumət təşkilatların, akademik dairələrin,
özəl sektorun, vətəndaş cəmiyyətinin iştirakı ilə çoxtərəfli
sistemin vacibliyinə diqqət çəkib. T.Valovaya qlobal çağırışların
həlli üzrə müzakirələrdə gənclərin iştirakının vacibliyindən
danışarkən Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər
Şəbəkəsinin təsis olunmasını təqdir edib.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Leave A Reply

Your email address will not be published.