Bakı. Trend:
İyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin
(ANAMA) əməkdaşı 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada
əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən
xəsarətləri alıb.
Cəbrayıl rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib,
məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər
yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma
aparılır.