Cəbrayılda mina partlayışı ilə bağlı ANAMA-nın bir neçə əməkdaşı həkim müayinəsindən keçirilir – Agentlik

0 5

Bakı. Trend:

Cəbrayılda mina partlayışı ilə bağlı Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin (ANAMA) bir neçə əməkdaşı həkim
müayinəsindən keçirilir.

Bu barədə Trend-ə Agentliyin
Mətbuat Xidmətindən məlumat verilib.

“2022-ci il 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş
vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə
əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq
profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara
psixoloji dəstək göstərilir”, – açıqlamada deyilir.

Qeyd edək ki, bu gün ANAMA-nın əməkdaşı 1991-ci il təvəllüdlü
Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu
ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə
mina partlayışı baş verib.

Nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına
yerləşdirilib, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya
olunub. Hal-hazırda vəziyyəti stabildir.

Leave A Reply

Your email address will not be published.