Bakı. Trend:
İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin
bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun
Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini
atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab
tədbirləri görülüb.