MEDİA-da Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib

0 9

Bakı. Trend:

İyunun 17-da Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Qazaxıstan
Respublikasının İnformasiya Komitəsinin sədri Kanat İskakovun
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən Trend-ə bildirilib ki, Əhməd İsmayılov ölkələrimiz
arasında media sahəsində effektiv əməkdaşlığın qurulduğunu, xüsusən
də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq dəyərlərimizə
söykənən bu əlaqələrin inkişaf etdirilməsinin ciddi perspektivləri
olduğunu bildirib.

Kanat İskakov rəhbərlik etdiyi qurum, habelə ölkəsində media
qanunvericiliyinin yenilənməsi istiqamətində görülən işlər
barəsində məlumat verib və bu baxımdan “Media haqqında” Azərbaycan
Respublikası Qanununun nümunə olaraq öyrənilməsinin əhəmiyyətini
vurğulayıb.

Görüşdə Azərbaycan və Qazaxıstan Respublikaları arasında
informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, iki ölkənin
media subyektlərinin qarşılıqlı əlaqələrinin qurulması və inkişafı
istiqamətində maraq doğuran məsələlərlə bağlı geniş fikir
mübadiləsi aparılıb.

Leave A Reply

Your email address will not be published.