Ombudsman ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı bəyanat yayıb

0 5

Bakı. Trend:

Ombudsman Səbinə Əliyeva bu gün Cəbrayılda mina partlayışı
nəticəsində ANAMA əməkdaşının xəsarət alması ilə bağlı bəyanat
yayıb.

Trend-in məlumatına görə,
bəyanatda deyilir:

“İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Azərbaycanın azad
olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən
basdırılmış tank və piyada əleyhinə minaların hazırda insanların
həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması və bu vəziyyətə
son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat
və çağırışlar ünvanlayıb. Azad edilmiş ərazilərimizdə mövcud olan
mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını
ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoymuş və ya
ömürlük əlillik dərəcəsi almalarına səbəb olub.

Daha bir azərbaycanlı mülki şəxs piyada əleyhinə minaya düşərək
xəsarət alıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin
(ANAMA) əməkdaşı Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş
Cəbrayıl rayonunun ərazisində xidməti vəzifəsini yerinə yetirərkən
minaya düşüb və sol ayağı topuq nahiyəsindən travmatik amputasiya
olunub. Təəssüflə bildiririk ki, beynəlxalq təşkilatlar tərəfindən
insan həyatı üçün potensial təhlükə olaraq qalmaqda davam edən
minalarla bağlı konkret tədbirlər görülmür, bu isə günahsız
insanların həlak olmasına və ya xəsarətlər almasına səbəb olur.

Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı
təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana
beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq
təşkilatları ədalətli yanaşma sərgiləyərək qəti münasibət
bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə
çağırıram”.

Leave A Reply

Your email address will not be published.