Bakı. Trend:
Azərbaycanda səfərdə olan Venesuela Prezidenti Nikolas Maduronun
rəhbərlik etdiyi nümayəndə heyətinin bəzi üzvlərində koronavirus
(COVID-19) aşkarlanıb.
Trend xəbər verir ki, Venesuela Bolivar Respublikasının
Prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycana işgüzar səfərə
gəlib.
Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin
nəticəsinin pozitiv çıxıb.