Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur — Kaspersky

0 6

Bakı. Trend:

Kaspersky-nin Azərbaycanda apardığı araşdırmaya görə, kişilər
daha çox fırıldaqçıların qurbanına çevrilirlər (68%). Qadınların
fırıldaqçıların qurbanı olma ehtimalının daha az olmasının
səbəbləri arasında onların naməlum nömrələrdən gələn zənglərə daha
az cavab verməsi, naməlum alıcılardan gələn SMS və ya e-poçtları
oxumağa meylli olmaması göstərilir.

Respondentlərin əksəriyyəti — həm kişilər, həm də qadınlar — hər
altı ayda bir neçə dəfə dələduzluqla qarşılaşırlar. Fırıldaqçılıq
sxemlərində mətn mesajları — SMS və WhatsApp mesajları (55%)
üstünlük təşkil edir. Əksər hallarda təcavüzkarlar özlərini bank və
ya maliyyə təşkilatlarının (27%), eləcə də tanınmış brendlərin
(27%) nümayəndələri kimi təqdim edirlər. Eyni zamanda, telefon
fırıldaqçılığı qurbanlarının 62%-i buna qarşı heç ehtiyat tədbiri
görmür və onların 71%-i kişilərdir. Üstəlik, pulunu itirənlərin
əksəriyyəti nə banka (73%), nə də hüquq-mühafizə orqanlarına (78%)
müraciət ediblər.

“Araşdırmanın nəticəsinə görə, qadınların fırıldaqçılar
tərəfindən aldadılma ehtimalının daha az olması onların ümumiyyətlə
daha ehtiyatlı olmaları ilə bağlı ola bilər. Qadınlar nəinki
fırıldaqçılar, hətta tanış olmaq və ya sadəcə olaraq yaramazlıq
etmək üçün zəng edən hər cür “zarafatçıllar”-la qarşılaşmaq
istəmirlər. Amma ümumilikdə insanların yarıdan çoxunun saxtakarlığa
qarşı tədbir görməyə meylli olmaması üzücüdür. Axı hücum edənlər
daim yeni aldadıcı sxemlər tapır və sosial mühəndislik metodlarını
təkmilləşdirirlər, ona görə də hər bir müasir insana hələ də
rəqəmsal savadlılıq səviyyəsini artırmaq tövsiyə olunur”, — deyə
Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov
bildirib.

Kaspersky telefon və internet fırıldaqçılarına müqavimət
göstərməyə kömək edəcək əsas təhlükəsizlik qaydalarını
xatırladır:

  • hər hansı bir təkliflə çıxış edən və ya məlumat almağa çalışan
    yad şəxslərin istənilən zənginə qarşı ehtiyatlı olun;
  • SMS-lərdə, elektron məktub və ya messencer mesajlarında gələn
    şübhəli linklərə keçid etməyin;
  • heç vaxt CVV və SMS-dən gələn birdəfəlik kodları və ya push
    bildirişləri heç kimlə paylaşmayın;
  • guya bankdan zəng gələrsə, dəstəyi asın və kartın arxasında
    göstərilən nömrə vasitəsilə banka özünüz zəng edin.
  • fərdi istifadəçilərə fişinq mesajlarını və vebsaytları tanıya
    bilən Kaspersky Internet
    Security
    təhlükəsizlik həllini quraşdırmaq, şirkətlər isə,
    məsələn, Kaspersky
    Automated Security Awareness Platform
    -dan istifadə etməklə
    işçilərin rəqəmsal savadlılığını təkmilləşdirmək tövsiyə
    olunur.

*Araşdırma ERA Marketinq Mərkəzi tərəfindən 2021-ci ilin
payızında aparılıb. Üzbəüz müsahibə üsulu ilə kiberfırıldaqçılıqla
üzləşmiş Bakı, Gəncə və Sumqayıt sakinlərinin fikirləri öyrənilib.
Sorğuda yaşı 18-dən yuxarı olan ümumilikdə 500 nəfər iştirak
edib.

Leave A Reply

Your email address will not be published.