Bərdədə şəhid ailəsinə məxsus ev yanıb (FOTO)

0 6

Bərdə. Trend:

Bərdədə fərdi yaşayış evində güclü yanğın baş verib. 4 otaqlı ev
içərisində olan əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Trend xəbər verir ki, rayonun Alpout kəndində şəhid ailəsinə
məxsus ev yanıb. Hadisə şahidlərinin sözlərinə görə, kənd sakini
Nazilə Zeynalovaya məxsus fərdi yaşayış evi elektrik naqillərində
baş verən qısa qapanmadan yanıb. Hadisə yerinə dərhal FHN-nin Bərdə
rayon yanğından mühavizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb
olunub. Yanğın söndürülsə də ev içindəki əşyalarla birlikdə
tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı şəhid
ailəsinə küllü miqdarda ziyan dəyib.

Qeyd edək şəhid İlham Abdullayev Birinci Qarabağ münaqişəsində
Füzuli və Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edərək
qəhrəmancasına şəhid olub. Fərdi yaşayış evində baş verən yanğınla
bağlı araşdırmalar aparılır.

Leave A Reply

Your email address will not be published.