Balakəndə keçirilən əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli 7 nəfər tutulub (FOTO)

0 6

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının son 15 gündə
keçirdikləri əməliyyatlar zamanı narkotik vasitə və psixotrop
maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin
kultivasiyası ilə məşğul olan 7 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend
verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında
keçirilən tədbirlər zamanı narkotik vasitələrin kultivasiyası ilə
məşğul olan rayon sakinləri – Həsən Gəncəliyev və Səyyad Əhmədov
saxlanılıb. H.Gəncəliyevin rayonun Hənifə kəndi ərazisindəki
meşəlikdə, S.Əhmədovun isə qarğdalı sahəsində yetişdirdiyi narkotik
tərkibli bitkilər polis əməkdaşları tərəfindən aşkarlanaraq maddi
sübut kimi götürülüb.Həmçinin, şəxsi axtarış zamanı H.Gəncəliyevdən
qurudulmuş marixuana da aşkarlanıb.

Keçirilən növbəti əməliyyatlar zamanı isə Kamran Əliyev,
əvvəllər də eyni əmələ görə 3 dəfə məhkum olunmuş Sərxan Mirzəyev,
Kamil Məmmədov, Kənan İmamverdiyev və Rövşən Məmmədov saxlanılıb.
Onların üzərilərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə
heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin
aşkarlanıb.

Faktarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri
başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

Leave A Reply

Your email address will not be published.