Müdafiə naziri Kəlbəcər və Laçında döyüş mövqelərində olub

0 6

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə
naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər
heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində
yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, sərt iqlim şəraitində və kəskin relyefli
ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların
döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində
olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə
cihazları və texniki vasitələrin imkanlarını sınayıb.
Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə
edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və
aparılmasını təmin etmək məqsədilə bütün lazımi infrastruktur
yaradılıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan
sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş
qabiliyyətinin daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin
edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar
qoyub.

Leave A Reply

Your email address will not be published.