Qarabağda infrastrukturun sürətli inkişafı heyranlıq doğurur – Birləşmiş Ərəb Əmirliklərindən olan səyahətçi

0 7

Zəngilan. Trend:

Qarabağda infrastrukturun sürətli inkişafı heyranlıq
doğurur.

Bunu Trend-ə Birləşmiş Ərəb Əmirliklərindən olan
səyahətçi Priti Sinqh bir qrup beynəlxalq səyahətçinin Qarabağa
səfəri zamanı deyib.

“Qarabağa səfər çox gözəl idi, hər mərhələsi mənim xoşuma gəldi.
Burada infrastrukturun inkişafı, hər şeyin tez bir zamanda işə
salınması heyranlıq doğurur”, – deyə o bildirib.

O əlavə edib ki, Qarabağdakı dağıntılar onu sarsıdıb.

“Bu, çox kədərlidir, amma fikrimcə, Azərbaycanın bərpa ilə bağlı
bütün təşəbbüsləri vətəndaşlar üçün zəruri şəraitin yaradılmasında
böyük addım olacaq”, – səyahətçi deyib.

P.Sinqh əlavə edib ki, Azərbaycanın məcburi köçkünlərin doğma
yurdlarına qayıtması üçün göstərdiyi səylərdən heyranlıq duyur.

“Ağıllı kənd” konsepsiyası gördüyümüz bütün dağıntılardan sonra
həqiqətən də heyrətləndirir”, – deyə o bildirib.

Qeyd edək ki, bir qrup beynəlxalq səyahətçi erməni işğalından
azad edilmiş Zəngilanın Ağalı “ağıllı kəndi”ndə olub. 10 ölkədən 24
səyahətçi və blogerdən ibarət qrup Ağalı kəndində “ağıllı həllər”lə
tanış olublar.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.