Əfqanıstanın paytaxtında məbədə hücum nəticəsində 2 nəfər ölüb

0 2

Bakı. Trend:

Kabildə sikxlərin məbədində baş verən partlayışlar nəticəsində 2
nəfər ölüb, 7 nəfər yaralanıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, “Taliban” hökumətinin Daxili İşlər
Nazirliyinin sözçüsü Abdul Nafi Thakur qanlı hadisənin səhər
saatlarında Karte-e Pərvan bölgəsində baş verdiyini bildirib. Onun
sözlərinə görə, əməliyyat zamanı hücum edənlər məhv edilib.

Məbədin bir hissəsi yanıb, yaxınlıqdakı tikililərə ziyan
dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, hücum hinduların və
sikxlərin dini ayinlər keçirdikləri bir vaxtda həyata
keçirilib.

Hələlik heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə
götürməyib.

Leave A Reply

Your email address will not be published.