Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Romada konfransda təmsil olunur (FOTO)

0 2

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar
Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Avropa İqtisadi
Komissiyasının “Bütün yaşlar üçün dayanıqlı dünya: ömürboyu
həmrəylik və bərabər imkanlar üçün qüvvələrin birləşdirilməsi”
mövzusunda Roma şəhərində (İtaliya) keçirilən Nazirlər Konfransında
iştirak edir.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, konfransda çıxış edən A.Əliyev ahılların
hüquqlarının, sosial müdafiəsinin Azərbaycan hökumətinin prioritet
fəaliyyət istiqamətlərindən olduğunu, ölkəmizin iqtisadi-sosial
nailiyyətlərini diqqətə çatdırıb. O, Azərbaycanda əhalinin sosial
müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasətin 2030-cu ilədək
Dayanıqlı İnkişaf Gündəliyinə uyğun olduğunu bildirib. COVID-19
pandemiyası dövründə ölkəmizdə hökumətin kompleks sosial dəstək
tədbirlərinin 5 milyona yaxın insanı əhatə etdiyini vurğulayıb.

A.Əliyev bildirib ki, 2018-ci ildən Azərbaycanda 4 milyon insanı
əhatə edən 3 sosial islahat paketi həyata keçirilib, bunun üçün
əlavə olaraq illik 6 milyard manat (təxminən 3,5 milyard ABŞ
dolları) vəsait ayrılıb. Son 4 ildə ölkədə sosial ödənişlər 2,7
dəfə, minimum pensiya 2,2 dəfə, minimum əmək haqqı 2,3 dəfə, orta
əməkhaqqı 41 faiz, orta pensiya 75 faiz artıb.

Yeniliyi ilə unikal olan DOST layihəsi Nazirlik tərəfindən
154-dən çox növdə sosial xidmətin göstərilməsində tam şəffaflığı,
operativliyi və rahatlığı təmin edir, bu xidmətlərdən vətəndaş
məmnunluğu 98,8 faizdən yuxarıdır. “Gümüşü DOST” proqramı isə yaşlı
nəslin könüllülük fəaliyyətinə cəlb olunmasında xüsusi önəm kəsb
edir.

Nazir müavini 2018-ci ildən nazirlik tərəfindən sosial
xidmətlərin tam avtomatlaşdırılması işlərinin aparıldığını, qurum
üzrə 173 xidmətdən 110-nun e-platformada, o cümlədən 48-nin
proaktiv qaydada təqdim edildiyini deyib. 388 min pensiya, sosial
müavinət və digər sosial ödənişlərin müraciət və sənədlər təqdim
edilməsinə ehtiyac olmadan e-qaydada təyin olunduğunu, “e-sosial”
portalının əhəmiyyətini diqqətə çatdırıb.

A.Əliyev ahıllarla bağlı BMT İnkişaf Proqramı, BMT Əhali Fondu
və s. kimi beynəlxalq qurumlarla birgə layihələri qeyd edib. BMT
Əhali Fondu ilə müştərək layihə çərçivəsində ölkəmizdə Aktiv
Yaşlanma İndeksi hazırlanaraq istifadəyə verildiyini bildirib.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan
Ordusu tərəfindən ölkəmizin ərazilərinin Ermənistanın 30 illik
işğalından azad edildiyini bildirən nazir müavini həmin ərazilərin
yaşıl enerji zonalarına çevriləcəyini, smart konsepsiyalar əsasında
yenidən qurulmaqda olduğunu diqqətə çatdırıb.

Konfransda növbəti 5 il üçün fəaliyyət prioritetlərini müəyyən
edən, üzv dövlətlərin Yaşlaşma üzrə Madrid Fəaliyyət Planı və onun
Regional İcra Strategiyası üzrə öhdəlikləri əks etdirən Nazirlər
Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.

Leave A Reply

Your email address will not be published.