ABŞ Administrasiyası yüksək benzin qiymətləri probleminin həllində çətinlik çəkir

0 3

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden administrasiyasında ölkədə yüksək
benzinin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq kifayət qədər
ciddi təkliflər yoxdur.

Trend xəbər
verir ki, bu barədə «The Washington Post» qəzeti yazır.

Qeyd olunur ki, problemin həllini qeyri-adi yollarla tapmaq
cəhdləri administrasiyanın çətinlik çəkdiyini və yaranmış problemin
miqyasını əks etdirir.

Nəşrin məlumatına görə, Ağ Ev “ümidsizcə göstərməyə çalışır ki,
administrasiya seçicilərin yanacağın qiymətlərinin artması ilə
bağlı narazılığını nəzərə alır”. Baydenin köməkçiləri amerikalılara
yanacaq xərclərinin bir hissəsini ödəyəcək xüsusi kartların
verilməsini nəzərdən keçirirlər.

Lakin çiplərin olmaması bu cür kartların kifayət qədər
istehsalını çətinləşdirəcək. Prezidentin komandası həm də qorxur
ki, amerikalılar bu kartrdan təkcə benzin almaq üçün deyil, həm də
başqa alışlar etmək üçün istifadə edəcəklər.

Leave A Reply

Your email address will not be published.