ABŞ-da 5 yaşadək uşaqlar COVID-19 əleyhinə vaksinasiya olunacaq

0 3

Bakı. Trend:

Gələn həftədən etibarən ABŞ beş yaşından kiçik uşaqları
COVID-19-a qarşı peyvənd etməyə başlayacaq.

Trend xəbər
verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması
Mərkəzləri (CDC) şənbə günü “Pfizer” və “Moderna” preparatlarının
istifadəsini təsdiqləyib. “Pfizer”in üçkomponentli peyvəndi altı
aydan dörd yaşa qədər olan uşaqlar üçün, “Moderna”nın
ikikomponentli peyvəndi isə altı aydan beş yaşa qədər olan uşaqlar
üçün istifadə ediləcək.

CDC tərəfindən təsdiqləndikdən sonra ABŞ-da təxminən 18 milyon
uşaq peyvənd ala biləcək.

Birləşmiş Ştatlarda COVID-19 pandemiyasının başlanmasından bəri
beş yaşınadək təxminən 480 uşaq xəstəlikdən dünyasını dəyişib.

Leave A Reply

Your email address will not be published.