“Ağsu Aqropark”da məhsul yığımı başlayıb (FOTO)

0 2

Bakı. Trend:

Ağsu rayonunun Çiyni kəndində 1764 hektar ərazidə yaradılan
aqroaparkda taxıl yığımına başlanılıb. İqtisadiyyat Nazirliyinin
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə
bir qrup KİV nümayəndəsinin iştirakı ilə mediatur təşkil
edilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, əkinçilik
və heyvandarlıq üzrə ixtisaslaşmış aqroparkın 1281 hektarında arpa,
buğda, qarğıdalı və yonca əkilib. Aqroparkın 1600 başlıq
heyvandarlıq kompleksində 1264 baş südlük və ətlik cins iribuynuzlu
heyvan saxlanılır. Kompleksin illik istehsal gücü 4200 ton süd, 900
ton ət təşkil edir.

İndiyədək aqroparka 18 mln. manat investisiya qoyulub.
İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi
sənədi əsasında sahibkar texnika, texnoloji avadanlıqlar və
qurğuların idxalına görə 1,42 mln. manat vəsaitə qənaət edib.
2021-ci ildə aqroparkda 2584 ton arpa, 3143 ton buğda, 4963 ton
silos qarğıdalı, 1395 ton dən qarğıdalı, 444 ton yonca, 2 838 ton
süd və 66 ton ət istehsal edilib. Aqroparkda 200 daimi, 250 mövsümi
iş yeri yaradılıb.

“Ağsu Aqropark”da ümumi tutumu 13 500 kub m. olan 9 taxıl
anbarı, ümumi tutumu 1000 kub m. olan 10 silos anbarı
mövcuddur.

Bundan başqa, aqroparkda müasir standartlara uyğun günlük
istehsal gücü 120 ton olan toxum, 150 ton olan yem zavodları
fəaliyyət göstərir.

Leave A Reply

Your email address will not be published.