Aİ Prezident İlham Əliyevin bəyanatını dəstəkləyir – Toivo Klaar

0 6

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi
Toivo Klaar Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda
səsləndirdiyi bəyanatını dəstəkləyib.

Trend xəbər
verir ki, bu barədə xüsusi nümayəndənin rəsmi “Twitter” səhifəsində
yerləşdirilmiş paylaşımda deyilir.

“Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını
oxumaqdan məmnun oldum: Ermənistanla müsbət dinamikanın ardınca
indi sülhün bərqərar olmasının, əməkdaşlığın əsasının qoyulmasının
və praktiki icraya keçilməsinin vaxtıdır. Avropa İttifaqı bunu
güclü şəkildə dəstəkləyir”, – paylaşımda deyilir.

Leave A Reply

Your email address will not be published.