ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb

0 5

Bakı. Trend:

İyunun 19-da saat 11 radələrində Minatəmizləmə Agentliyinin
(ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl
rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi
nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəbrayıl rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, prokurorluq
əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb
ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə
yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma
aparılır.

Leave A Reply

Your email address will not be published.