ANAMA Cəbrayılda minaya düşən əməkdaşı ilə bağlı məlumat yayıb

0 2

Bakı. Trend:

2022-ci il 19 iyun tarixində Agentliyin əməkdaşı 1992-ci il
təvəllüdlü Şükürov Əli Şirəli oğlu işğaldan azad edilmiş Cəbrayıl
rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada
əleyhinə mina partlayışı baş verib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)
Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, partlayış dalğası
zamanı torpaqdan qalxan daş hissələri əməkdaşın ayaqlarına yüngül
xəsarət yetirib.

Nəticədə, Şükürov Əli Şirəli oğlu rayon xəstəxanasına aparılıb,
zəruri müayinələrdən keçərək evə buraxılıb. ANAMA bir daha
vətəndaşlarımızı işğaldan azad edilmiş ərazilərdə diqqətli və sayıq
olmağa çağırır. Özlərini təhlükəli ərazidə hiss etdikdə, hərəkəti
dayandıraraq, “102” və ya “112” xidməti zəng mərkəzlərinə məlumat
vermələri tövsiyyə olunur.

Leave A Reply

Your email address will not be published.