Avtomobilin qapılarında xüsusi gizlədilmiş 10 mindən çox siqaret qutusu aşkarlandı (FOTO)

0 7

Bakı. Trend:

Gürcüstandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı
alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Qərb
Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin
Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin
qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda
Gürcüstandan ölkəmizə gələn “İveco” markalı yük nəqliyyat vasitəsi
saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində
gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir
predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin üzərində daşınan iki
ədəd ” Toyota Camry” markalı avtomobilin qapılarında gömrük
nəzarətindən gizlədilən 10320 ədəd “Parliament” və 21480 ədəd
“Marlboro” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.