Aydın Kərimov: Keçmiş məcburi köçkünlər üçün Şuşada yaşayış massivinin tikintisi davam etdirilir

0 9

Şuşa, 19 iyun, AZƏRTAC

Şuşada keçmiş məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edilib. Müharibə başa çatdıqdan dərhal sonra Şuşa şəhərində bərpa və yenidənqurma işlərinə başlanılıb. Şuşada müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, şəhərə elektrik enerjisi verilib. Yeddi qazanxana tikilən şəhər istiliklə təmin olunub”, – deyə Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

AZERTAG.AZ :Aydın Kərimov: Keçmiş məcburi köçkünlər üçün Şuşada yaşayış massivinin tikintisi davam etdirilir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.