“Azərbaycan düşüncə tarixi” kitabının təqdimatı olub

0 2

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) I Türk Dünyası Ədəbiyyat və
Kitab Festivalı çərçivəsində “Azərbaycan düşüncə tarixi” kitabının
təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimatda, BDU-nun
rektoru Elçin Babayev, Türkiyənin Azərbaycandakı səfiri Cahit
Bağçı, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank,
Karabürk Univesitetinin azərbaycanlı professoru Ali Asker və digər
şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Karabürk Univesitetinin professoru Ali Asker
bildirib ki , bütün türk dünyası “Azərbaycan düşüncə tarixi”ndən
xəbərdar olmalı və ondan bəhrələnməlidir və kitab da bu niyyətlə
ərsəyə gətirilib.

Qeyd edək ki , bu il yanvarın 19-da Türkiyədə ölkənin Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə azərbaycanlı professor Ali
Askerin elmi redaktorluğu ilə həmvətənlərimizdən ibarət
professorların “Azərbaycan düşüncə tarixi” adlı kitabı dərc
olunub.

İki cilddən ibarət olan və 19-cu əsrin ortalarında yaşamış
azərbaycanlı dahi şəxsiyyətlər haqqında məlumatlarınn bir arada
toplandığı kitabda həm də onların həyat və yaradıcılığını əks
etdirən fotolar da yer alıb. Kitabda, həmçinin 19-cu əsrin
ortalarında baş verən ən mühim hadisələrin xronoloji ardıcıllığı
əks olunub.

Kitab haqqında ön sözü Türkiyə mədəniyyət və turizm naziri
Mehmet Nuri Ersoy tərəfindən, kitabın təqdimatı isə Xaricdə Yaşayan
Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren
tərəfindən edilib.

Leave A Reply

Your email address will not be published.