Azərbaycan Həndbol Federasiyasının nümayəndələri Şirvan şəhərində məşqçi və idmançılarla görüş keçiriblər

0 2

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Həndbol Federasiyasının (AHF) nümayəndələri Şirvan şəhərində görüş keçiriblər.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun idman şöbəsinin müdiri İsgəndər Əsgərov, baş məşqçilər Çingiz Əzimov və Vidadi Əliyev Şirvan şəhərində həndbol idman növünün vəziyyəti, bu sahədəki problemlər, uşaq və gənclər məktəblərinin mövcud vəziyyəti ilə məsələlər müzakirə edilib. Əvvəlcə Şirvan Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin idman zalına baxış keçirilib. Həndbol üzrə fəaliyyət göstərən məşqçilərlə ətraflı müzakirələr aparılıb, təkliflər dinlənilib.

Görüş zamanı komandanı federasiyanın nümayəndələri ilə tanış edən İsgəndər Əsgərov gələcək planlardan söhbət açıb. O, yaxın aylarda yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin keçiriləcəyini xüsusi vurğulayaraq komandaya uğurlar arzulayıb.

Yeni yaradılmış 2008-2009-ci il təvəllüdlü qızlardan ibarət komandaya geyim forması və toplar hədiyyə olunduqdan sonra federasiya rəsmiləri məşq prosesini izləyiblər.

Baş məşqçilər tərəfindən oyun qaydaları haqqında müəyyən göstərişlər verildikdən sonra yeniyetmə qızlar arasında oyun keçirilib.

Növbəti həftələrdə Cəlilabad, Tovuz və digər rayonlara səfərlər planlaşdırılır.

AZERTAG.AZ :Azərbaycan Həndbol Federasiyasının nümayəndələri Şirvan şəhərində məşqçi və idmançılarla görüş keçiriblər

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.