Bakı. Trend:
Türkiyə Milli Müdafiə Nazirliyi bu ölkədə, o cümlədən Azərbaycan
HHQ pilotları və aviasiya vasitələrinin də iştirakı ilə keçiriləcək
“Anadolu Qartalı- 2022” təlimi çərçivəsində hazırlıq uçuşlarını əks
etdirən görüntülər yayımlayıb.
Trend xəbər
verir ki, qeyd olunan görüntülər qurumun “Twitter” səhifəsinə
paylaşılıb.
“2022-ci il 20 iyun – 1 iyul tarixlərində keçirilməsi
planlaşdırılan “Anadolu Qartalı – 2022″ təliminə qatılacaq Hərbi
Hava Qüvvələrimizin təyyarələri ilə dost və müttəfiq ölkələrin
təyyarələrinin Konyadakı 3-cü Əsas Qırıcı Baza Komandanlığına
təhvil verilməsinin görüntüləri”,- paylaşımda vurğulanır.
Xatırladaq ki, daha əvvə Azərbaycan Müdafiə Nazirliyi hərbi
pilotlar və aviasiya vasitələrimizin Türkiyədə beynəlxalq təlimlərə
qatılacağını bildirmişdir.