Azərbaycan idmançıları İsraildə bədii gimnastika üzrə Avropa çempionatında finala yüksəliblər

0 4

Bakı. Trend:

«Böyüklər» yaş kateqoriyasında çıxış edən Azərbaycan idmançıları
Zöhrə Ağamirova və Arzu Cəlilova Təl-Əvivdə (İsrail) bədii
gimnastika üzrə Avropa çempionatında finala yüksəliblər.

Trend-in
məlumatına görə, gürzlərlər hərəkətlər üzrə təsnifat mərhələsində
yeddinci yeri tutan Zöhrə Ağamirova (31.200 xal) finala yüksəlib.
Arzu Cəlilova bu növü üzrə finala çıxa bilməyib. O 9-cu yeri tutub
(31.050 xal)

Lentlə hərəkətlərə görə A.Cəlilova hakimlərdən 30.400 bal alaraq
səkkizinci yeri tutaraq finala yüksəlib. Z.Ağamirovanın lentlə
hərəkəti münsiflər tərəfindən 27.700 balla qiymətləndirilib, o,
23-cü yeri tutub.

Bununla yanaşı, Z.Ağamirova və A.Cəlilova fərdi çoxnövçülükdə
finala yüksəliblər. Zöhrə Ağamirovanın dörd hərəkətlər üzrə (halqa,
top, gürz və lent) nəticəsi 94.400 bal olmaqla. Gimnastımız
səkkizinci yeri tutub. Arzu Cəlilova dörd proqram üzrə 92.700 bal
toplayaraq 11-ci yeri tutub.

Qeyd edək ki, 24 ən yaxşı gimnast fərdi çoxnövçülükdə, səkkiz ən
yaxşı gimnast isə fərdi yarışlarda finala yüksəlib.

atırladaq ki, bundan əvvəl Zöhrə Ağamirova topla hərəkətdə
finala yüksəlib, “gənclər” yaş kategoriyasında çıxış edən Kamilla
Qafarova isə gürzlərlə proqramda üçüncü yeri tutub.

İyunun 15-19-da Təl-Əvivdə (İsrail) bədii gimnastika üzrə Avropa
çempionatı keçirilir.

Leave A Reply

Your email address will not be published.