Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb

0 7

Bakı. Trend:

Təl-Əvivdə (İsrail) keçirilən bədii gimnastika üzrə Avropa
çempionatının son yarış günündə qrup hərəkətlərində Azərbaycan
komandası 34,750 xal toplayaraq beş halqa ilə hərəkətlərdə bürünc
medal qazanıb.

Trend-in
məlumatına görə, birinci yeri İtaliya komandası (36,650 xal),
ikinci yeri İsrail təmsilçiləri (36,450 xal) tutublar.

Bu gün qrup hərəkətləri üzrə Azərbaycan komandası daha bir
finalda – üç lent və iki topla proqramda çıxış edəcək.

Komanda heyətinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla
Əliyeva, Zeynəb Qummatova, Elizaveta Luzan və Darya Sorokina
daxildir.

Bununla yanaşı, bu gün fərdi proqramda final yarışları keçirilib
və nəticədə Zöhrə Ağamirova topla hərəkətdə səkkizinci (31,450
xal), gürzlərlə proqramda altıncı (32,150 xal), Arzu Cəlilova isə
lentlə hərəkətlərdə səkkizinci yeri tutub (28.500 xal).

Xatırladaq ki, bundan əvvəl yarış zamanı gənc gimnastımız,
Kamilla Qafarova gürzlərlə hərəkətlərdə bürünc medalı, qrup
hərəkətləri üzrə Azərbaycan komandası isə çoxnövçülükdə bürünc
medala layiq görülüb.

İyunun 15-19-da Təl-Əvivdə (İsrail) bədii gimnastika üzrə Avropa
çempionatı keçirilir.

Leave A Reply

Your email address will not be published.