Azərbaycan nefti ucuzlaşır — Trend.Az

0 4

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti iyunun 17-də 121,97
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,66
dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 120,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 3,66 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
79,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə
müqayisədə 3,61 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən «Brent Dated» etalon növlü neftin
qiyməti 120,58 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,7
dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.