Azərbaycan səfiri Beynəlxalq Okean İnstitutunun prezidenti ilə Xəzər dənizindəki layihələri müzakirə edib

0 2

Bakı. Trend:

Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Beynəlxalq Okean
İnstitutunun (IOI) fəxri prezidenti Avni Behnamla Xəzər dənizindəki
layihələri müzakirə edib.

Trend-in
məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində
yazıb.

Qeyd olunub ki, görüş Cenevrədə “Mənim dənizlərim, mənim
okeanlarım” sərgisi çərçivəsində baş tutub. Sərgi Heydər Əliyev
Fondunun və IDEA İctimai birliyinin təşəbbüsü, BMT-nin Cenevrə
bölməsi və BMT Cenevrə bölməsində Azərbaycanın daimi
nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.

“Bu cür təcrübəli alimlə institutun Azərbaycanla birgə Xəzər
dənizindəki layihələrini müzakirə etməkdən məmnun oldum”, – səfir
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.