Azərbaycanda 25 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

0 5

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
25 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata
görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış
şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 010 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 783 164 nəfər müalicə olunaraq
sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 130 nəfərdir.

Ölkədə son sutka ərzində 2 312, hazırkı dövrədək isə 6 938 655
test aparılıb.

Leave A Reply

Your email address will not be published.