Azərbaycanda bərpa olunan enerji istehsalı artıb

0 3

Bakı. Trend:

Bu ilin ilk beş ayında bərpa olunan mənbələrdən 930,9 mln.
kVt/st elektrik enerjisi istehsal edilib.

Trend-in məlumatına görə, bu
barədə energetika naziri Pərviz Şahbazov «Twitter» səhifəsində
bildirib.

«Yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən su da
daxil olmaqla bərpa olunan mənbələrdən 118 mln. kVt/st artımla
930,9 mln. kVt/st elektrik enerjisi istehsal edilib», — nazir
yazıb.

P.Şahbazov qeyd edib ki, ümumilikdə bu ilin 5 ayında ötən ilin
eyni dövrü ilə müqayisədə Azərbaycanda elektrik enerjisinin
istehsalı 2.9% artaraq 11244,2 mln. kVt/st, ixrac 538,4 mln.
kVt/st, idxal isə 60,5 mln. kVt/st olub.

Leave A Reply

Your email address will not be published.