Azərbaycanda son sutkada 26 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

0 5

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 985 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 151
nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə
sayı 118 nəfərdir.

Ölkədə son sutka ərzində 2 189, hazırkı dövrədək isə 6 936 343
test aparılıb.

Leave A Reply

Your email address will not be published.