Azərbaycanın neft ixracından gəlirləri artıb

0 6

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Azərbaycan 11,384 milyon ton
xam neft və neft məhsulları ixrac edib.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Azərbaycan hesabat dövründə 8,058 milyard dollar məbləğində xam
neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin yanvar-may ayları
ilə müqayisədə 1,6 dəfə çoxdur.

2022-ci ilin yanvar-may aylarında neft və neft məhsullarının
ixracının Azərbaycanın ümumi ixracında payı 52,27 faiz təşkil
edib.

(Tərcümə Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.