Azərbaycanın qadın güləşçilərdən ibarət yığmasının üzvü Avropa çempionu olub

0 5

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-17 Avropa
çempionatına Azərbaycanın qadın güləşçilərdən ibarət yığmasının
üzvü Ruzanna Məmmədova (49 kq) çempionatının qızıl medalını
qazanıb.

Trend xəbər
verir ki, qadın güləşçimiz ispan Kandela Giraldes Markeslə
ruminiyalı Ana Mariya Rotaruya “tuşe” ilə qalib gələrək adını
yarımfinala yazdırıb. Türkiyəli Şevval Çayırı 8:5 hesabıyla
üstələyən təmsilçimiz finala vəsiqə qazanıb. Ruzanna son
qarşılaşmada italiyalı Fabiana Rinellanı “tuşe” ilə məğlub edərək
Avropa çempionu olub.

A qrupunda yer alan digər qadın idmançımız Elvina Kərimzadə ilk
görüşdə ukraynalı Anastasiya Polskaya məğlub olsa da, bolqar Azra
Azisova Mustafovaya və rumıniyalı Elvira Draqana tam üstünlüklə
qalib gəlib. Qrup ikincisi kimi yarımfinala yüksələn güləşçimiz bu
mərhələdə alman Jozefin Vrenşdən də güclü olub – 4:0. Həlledici
görüşdə yenidən Polskayla üz-üzə gələn Elvina yenə rəqibinə məğlub
olaraq gümüş medalla kifayətlənib.

Günay Qurbanova (57 kq) startda rumıniyalı Florentina Georgiana
Mantoqu “tuşe” ilə üstələsə də, 1/4 finalda türkiyəli Tuba Demirə
müqavimət göstərə bilməyib. O, təsəlliverici görüşdə isə alman
Naemi Leiştnerə uduzub.

Fatimə İsayeva (65 kq) 1/8 finalda almaniyalı Kassidi Rixterlə
bacarmayıb.

Qeyd edək ki, bundan əvvəl 2 qızıl, 5 gümüş, 1 bürünc medal əldə
edən yunan-roma güləşi üzrə oğlanlardan ibarət U-17 yığmamız 175
xalla Avropa çempionu olub.

Leave A Reply

Your email address will not be published.