Azərbaycanın strateji valyuta ehtiyatları açıqlandı

0 2

Bakı. Trend:

2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1.9% artaraq
54.2 mlrd. ABŞ dollarına yüksəlib.

Bu barədə Trend-ə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, tədiyə balansının cari əməliyyatlar hesabının
profisiti üzrə proqnoz yüksəldilmə istiqamətində təshih edilib. Bu
təshih ilin ötən dövründə xarici sektor göstəricilərinin
dinamikası, habelə əsas ixrac məhsullarının faktiki və
proqnozlaşdırılan qiyməti nəzərə alınmaqla aparılıb: «Belə ki, I
rübdə cari əməliyyatlar balansında ÜDM-in 22.5%-i həcmində profisit
qeydə alınıb. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən
dövründə 105 ABŞ dolları təşkil edib. Beynəlxalq təşkilatların
proqnozlarına görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını
üstələyəcək. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri
də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək artım
tempini qoruyur».

AMB-dən əlavə ediblər ki, ümumilikdə profisitli tədiyə balansı
ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait
yaradır.

Leave A Reply

Your email address will not be published.