Azərbaycanlı gimnastlar Avropa çempionatında bürünc medal qazanıblar

0 3

Bakı. Trend:

İsrailin Təl-Əviv şəhərində bədii gimnastika üzrə Avropa
çempionatının dördüncü yarış günü çərçivəsində Azərbaycan komandası
çoxnövçülükdə qrup hərəkətlərində 65.400 xalla (iki proqram üzrə
cəmi) bürünc medal qazanıb.

Trend xəbər
verir ki, komandamız iki fərqli finallara – üç lent və iki topla
hərəkətlər və beş halqa ilə proqram – vəsiqə qazanıb.

Təsnifatda üç lent və iki topla kompozisiyaya görə komanda
31.800 xal yığaraq üçüncü yeri, beş halqa ilə hərəkətdə isə –
33.600 xalla beşinci yeri tutub.

Komandada Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan və Daria Sorokina yer alıb.

Bu gün həmçinin Azərbaycan gimnastları Zöhrə Ağamirova və Arzu
Cəlilova fərdi çoxnövçülükdə finalda çıxış ediblər. Z. Ağamirovanın
dörd hərəkətdə (halqa, top, gürzlə və lent) nəticəsi 125.450 bal
olmaqla, 9-cu yeri tutub. A. Cəlilova 125.350 xalla çoxnövçülükdə
onuncu yeri tutub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan gimnastı Kamilla Qafarova
gənclər arasında gürzlə hərəkətlərdə bürünc medal qazanmışdı.

İyunun -da Bədii gimnastika üzrə Avropa çempionatı Təl-Əvivdə
15-19 iyun tarixlərində keçirilir.

Leave A Reply

Your email address will not be published.